Atlantik okeanında itən sualtı "Titan" qayığında (batiskaf) oksigen təchizatı Bakı vaxtı ilə saat 15:08-də bitəcək.
Bizim.Media xəbər verir ki, barədə informasiyanı ABŞ-ın WSJ (The Wall Street Journal) nəşri yayıb.
Mənbə yazır ki, hazırda axtarış əməliyyatları davam edir, lakin hələlik heç bir nəticə yoxdur, insanların xilas edilməsinə ümid hələ də var.
Qeyd edək ki, batiskafın göyərtəsində bu şəxslər olub:
1. İngilis milyarder Hamish Harding. Əvvəllər o, Blue Origin ilə kosmosa uçub, Mariana xəndəyini araşdırıb, Cənub və Şimal qütbləri vasitəsilə Yer kürəsini gəzdiyinə görə Ginnesin Rekordlar Kitabına düşüb.
2. "OceanGate Expeditions" şirkətinin təsisçisi Stockton Rush.
3. Fransız alim Paul-Henri Nargeole.
4. Pakistanlı iş adamı Şaxzada Davud oğlu ilə.
Ekspedisiyada iştirak üçün onların hər biri (Rushdan başqa) 250 min dollar verib.
"Scientific American" nəşri hadisə ilə bağlı üç mümkün versiya irəli sürüb. Birincisi, batiskaf elektriksiz qalıb, ikincisi, təzyiq altında gövdə zədələnib, üçüncüsü gəmidə yanğın olub.
Hazırda "Titanik"in qəzaya uğradığı yerə doğru genişmiqyaslı axtarış əməliyyatına başlanılıb.
Bizim.Media