Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ilə Krım arasındakı inzibati sərhəddə yerləşən körpüyə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson vilayətinin işğal olunan ərazisinin qondarma başçısının səlahiyyətlərini icra edən Vladimir Saldo Telegram-da yazıb.
Onun sözlərinə görə, Ukrayna ordusu Britaniyanın “Storm Shadow” raketləri ilə körpünü atəşə tutub.
Nəticədə yol örtüyü zədələnib, xəsarət alan olmayıb.
Ukrayna Silahlı Qüvvələrinin qondarma "Donetsk Xalq Respublikası"nı atəşə tutması nəticəsində isə iki nəfər ölüb.
Bizim.Media