İranın tamamilə yerli istehsalı olan “Məsaf” avtomatı Silahlı Qüvvələrin istifadəsinə verilib və yaxın gələcəkdə orduda istifadə olunan avtomat silahlar dəyişdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın müdafiə naziri, general-mayor Əmir Xatəmi verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan İrana “Boeing 737” təyyarəsi satdı – ABŞ İrəvana sanksiya tətbiq edə bilər
O bildirib ki, iranlı konstruktorlar piyada qoşunlarının tələbatını nəzərə alaraq bu silahı hazırlayıblar.
General-mayorun sözlərinə görə, İran silahı olan “Məsaf” avtomatı dünyanın modern silahları ilə rəqabət qabiliyyətinə malikdir.
“Məsaf” digər avtomat silahlardan çəkisinə görə fərqlənir və nişangahla təchiz olunub. Bu silah ən qısa müddətdə və xüsusi vasitələrə ehtiyac olmadan snayper və tüfəng tiplərinə çevrilə biləcək formada konfiqurasiya edilib.
Bizim.Media