Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiya barədə RAZILIĞA GƏLDİLƏR 

Hazırda oxunan: Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiya barədə RAZILIĞA GƏLDİLƏR 

142636

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulu barədə razılığa gəliblər. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin Aİ Şurası sədrliyi rəsmi “Twitter” hesabında məlumat yayıb. 

Məlumata görə, paketə sanksiyalardan yayınma hallarına qarşı yönəlmiş tədbirlər daxildir.

Polşanın Aİ-dəki səfiri Anjey Sadoş məlumat verib ki, 11-ci paketə 70 fiziki, 30 hüquqi şəxsə qarşı məhdudiyyətlər, həmçinin “Drujba” kəmərinin cənub qolundan neft nəqli və Rusiya qoşqulu avtomobillərinin Aİ ölkələrinə girişinə qadağa daxildir. 
Qeyd edilib ki, 11-ci paketin bir hissəsi kimi təklif edilən qadağanedici tədbirlər ildə 11,4 milyard avro həcmində ticarətin qarşısını almalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin