Dünyanın ən sürətli superkompüteri: Yaponlar bunu da bacardı - FOTO

Hazırda oxunan: Dünyanın ən sürətli superkompüteri: Yaponlar bunu da bacardı - FOTO

14263

Martın 9-da Yaponiyada dünyanın ən sürətli “Fugaku” superkompüteri tam gücü ilə işləməyə başlayıb.

Bizim.Media Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, kompüterdən COVID-19 koronavirusu ilə mübarizədə də istifadə edilir.

Bildirilir ki, “Riken” Elmi Hesablama Mərkəzinin alimləri tərəfindən idarə edilən superkompüterin apreldə tam gücü ilə işləməsi nəzərdə tutulurdu. Lakin mühəndislər cədvəli qabaqlayaraq, planlaşdırılmış işləri vaxtından əvvəl başa çatdırıblar.

Qeyd edilir ki, tədqiqatçılar kompüterdən koronavirusun damcılarının yayılması və müalicə məqsədilə istifadə edirlər.

Əlavə olaraq bildirək ki, müqəddəs Fuci dağının şərəfinə adlandırılan superkompüter sənaye məqsədli hesablama üsullarının sayının ölçülməsi, süni intellektin əlavələri və böyük məlumatların təhlili üzrə digər üç kateqoriyada da birinci olub.

Qeyd edilir ki, “Fugaku” saniyədə 442 kvadrilyon hesablama aparmağa qadirdir, bu da ABŞ-ın Milli Okric laboratoriyasının hazırladığı “Summit” sistemindən 3 dəfə sürətlidir.

Yaponiyanın “Fujitsu Ltd.” şirkəti ilə “Riken” Tədqiqat İnstitutunun Kobe şəhərində yerləşən Elmi Hesablama Mərkəzi tərəfindən birlikdə hazırlanmış “Fugaku” superkompüteri elmi tədqiqatlarda, sənaye həllərində və hərbi texnologiyalarda tətbiq olunan güclü modelləşməyə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin