Yeni Zelandiya 18 İran rəsmisinin adını “QARA SİYAHI”YA saldı

Hazırda oxunan: Yeni Zelandiya 18 İran rəsmisinin adını “QARA SİYAHI”YA saldı

142473

Yeni Zelandiya hökuməti etirazçılara qarşı təzyiqlərdə əli olan 18 İran rəsmisinə qarşı sanksiya tətbiq edib.  

Bizim.Media Azad İran-a istinadən xəbər verir ki, bununla da Zelandiyanın sanksiya tətbiq etdiyi İran rəsmilərinin sayı 55 nəfərə çatıb.  

Sanksiya siyahısında Tehran şəhər İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbulqasım Salavatinin, İnqilab Məhkəməsinin və Ali Məhkəmənin hakimi Məhəmməd Müqəyyisənin, SEPAH-ın Sarullah Qərargahının komandir əvəzi Hüseyn Nejadın adları var.  
Habelə, radikal və yarımhərbi “Bəsic” qüvvələrinin Kiber Qərargahının rəisi Müslim Moini, Sistan və Bəluçistan əyalətinin SEPAH komandiri Əhməd Şəfai, habelə Sınandaş (Sənəndəc) şəhəri polis qüvvələrinin komandiri Əlirza Muradinin və digər rəsmilərin adları da “qara siyahı”ya salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin