Ukrayna və NATO müdafiə planlaması üzrə danışıqlara BAŞLADI 

Hazırda oxunan: Ukrayna və NATO müdafiə planlaması üzrə danışıqlara BAŞLADI 

142468

İyunun 20-də Ukrayna və NATO ekspertlərinin müdafiə planlaması üzrə müntəzəm məsləhətləşmələri başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, iclasda Ukrayna müdafiə nazirinin birinci müavini general-leytenant Aleksandr Pavlyuk və NATO baş katibinin əməliyyatlar üzrə köməkçisi Tomas Qoffus iştirak ediblər. 

Müttəfiq dövlətlər 2022-ci ildə NATO-nun Madrid Sammitinin qərarı kontekstində alyans standartlarına keçid üçün öz yol xəritəsini hazırlamaqda Ukraynaya kömək edəcək.
Görüşdə həmçinin Ukrayna Müdafiə Nazirliyinin, Baş Qərargahın və müdafiə qüvvələrinin digər hissələrinin nümayəndələri və NATO Beynəlxalq Katibliyinin müdafiə planlaması üzrə ixtisaslaşmış ekspertləri iştirak ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin