Rusiya taxıl sazişinin başa çatacağı tarixi AÇIQLADI 

Hazırda oxunan: Rusiya taxıl sazişinin başa çatacağı tarixi AÇIQLADI 

142452

Rəsmi Moskva taxıl sazişinin başa çatacağı mümkün tarixi açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məlumat verib. 

“Biz çalışırıq ki, iyulun 18-i icrasına əməl edilməyən sazişlərin tamamlandığı gün olsun”, – deyə o qeyd edib. 

Qeyd edək ki,  daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" nəşrinə müsahibəsində bildirib ki, Rusiya taxıl müqaviləsinin müddətini dəfələrlə uzatmaqla, xoş niyyətini nümayiş etdirib.
O qeyd edib ki, Taxıl müqaviləsinin perspektivləri yoxdur, çünki bu Saziş üzrə Rusiyanın öhdəlikləri yerinə yetirilməyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin