Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya və Krıma Amerikanın “HIMARS” və Böyük Britaniyanın “Storm Shadow” raketləri ilə zərbələr endirməyi planlaşdırır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Serqey Şoyqu bildirib.
Onun sözlərinə görə, Ukrayna hücumu “Xüsusi hərbi əməliyyatlar zonasından kənarda” etməyi planlaşdırır.
Şoyqu hesab edir ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişədə tam iştirakı hesab olunacaq və Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirəcək.
Bizim.Media