"Ukraynadakı müharibənin bitməsini istəyirik"- NATO Baş katibi 

Hazırda oxunan: "Ukraynadakı müharibənin bitməsini istəyirik"- NATO Baş katibi 

142193

"Ukraynanın öz torpaqlarını azad etmək hüququ var. Hazırda Ukraynanın əks-hücumu davam edir". 

Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya Kansleri Olaf Şoltsla mətbuata birgə bəyanatı zamanı bildirib. 

“Ukraynanın döyüş meydanında daha çox qələbə qazanması onun əlini müzakirə masasında daha da gücləndirəcək.

Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Lakin ədalətli sülh münaqişəni dondurmaq və Rusiya tərəfindən diktə edilmiş razılaşmanı qəbul etmək demək deyil. NATO bu münaqişədə tərəf deyil. Biz BMT Nizamnaməsində də qeyd olunduğu kimi, özünümüdafiə hüququnun gücləndirilməsi üçün Ukraynanın yanında dayanırıq”, - Baş katib qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin