2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
"Qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, biz 2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq", - deyə R.T.Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, xidmət ixracı ötən il 47,3 faiz artaraq 90 milyard dollara çatıb.
Türkiyə prezidenti ölkənin müdafiə sənayesində əldə olunan nailiyyətlərə də diqqət yetirib.
“Ötən il xaricə müdafiə təyinatlı məhsulların tədarükü 37 faiz artaraq 4,3 milyard dollara çatıb", - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:35 / 18.06.2023
İxracatı 265 milyard dollara çatdıracağıq - Ərdoğan
Hazırda oxunan: İxracatı 265 milyard dollara çatdıracağıq - Ərdoğan
Hazırda oxunan: İxracatı 265 milyard dollara çatdıracağıq - Ərdoğan
142063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.