Qazaxıstanın paytaxtı Astana şəhərində, bankların birində silahlı şəxs 6 qızı və bir mühafizəçini öldürməklə hədələyərək girov götürüb. O, bankın aktivlərinin xeyriyyəçiliyə bağışlanmasını tələb edib.
Bizim.Media xəbər verir ki, polis və xüsusi təyinatlılar binanı mühasirəyə alıb, silahlı şəxslə danışıqlar aparıb.
O, girovlardan birini tutaraq onun başına silah dayayıb. Buna görə təhlükəsizlik qüvvələri binaya hücum edə bilməyib.
Ancaq sonda hücum başlayıb, girovlar binadan qaçmağa başlayıblar.
Silahlı şəxsin saxlanıldığı deyilir.
Daxili İşlər Nazirliyi bildirib ki, xüsusi təyinatlı qüvvələr bütün girovları azad edib, bir polis yüngül xəsarət alıb.
Bizim.Media