İyunun 17-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bizim.Media xarici KİV-ə idtinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İ.Darçiaşvili həmkarını Türkiyə Xarici İşlər Naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Regionda sülh proseslərinin müsbət idarə olunması, regionun sabit və davamlı inkişafının təmin edilməsi üçün iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.
Tərəflər arasında Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatında Gürcüstan-Türkiyə əməkdaşlığı müsbət qiymətləndirilib və üçtərəfli nazirlər çərçivəsində görüşməyə hazırlıq ifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:19 / 17.06.2023
Gürcüstan və Türkiyənin XİN rəhbərləri regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Hazırda oxunan: Gürcüstan və Türkiyənin XİN rəhbərləri regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Hazırda oxunan: Gürcüstan və Türkiyənin XİN rəhbərləri regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
141953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.