“Qazaxıstan Respublikasının dövlət rəmzlərini təkmilləşdirmək lazımdır. Bu gün hər hansı bir dövlətin təsir səviyyəsi əsasən milli brendin gücü ilə müəyyən edilir, onun effektiv təşviqi üçün vahid üsluba və ümumi standartlara riayət etmək vacibdir. Rəmzlərimiz özünəməxsus milli kodumuzu aydın və parlaq şəkildə ifadə etməlidir”.
Bizim.Media Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev Milli Qurultayın ikinci iclasındakı çıxışında bildirib.
Yeni dəyərlərin möhkəmləndirilməsi və milli kimliyin gücləndirilməsi üçün sistemli ideoloji iş aparmağın zəruriliyini qeyd edən Prezident konkret istiqamətləri diqqətə çatdırıb:
“Düşünürəm ki, ilk növbədə regionlarımızın, şəhərlərimizin gerblərini ortaq məxrəcə gətirmək lazımdır. İndi onların bir çoxu forma və məzmun baxımından fərqlənən ən elementar tələblərə və qanunlara cavab vermir. Bu, haqlı olaraq ictimai tənqidə səbəb olur. Odur ki, bu sahədə hərtərəfli təhlil aparmaq və ümumi yanaşmalar işləyib hazırlamaq lazımdır”.
Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, dövlət rəmzləri bütün regionlar üçün vahid formaya gətirilməli, regional rəmzlərin işlənib hazırlanması və təsdiqi sistemi təkmilləşdirilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:11 / 17.06.2023
Qazaxıstan liderindən dövlət rəmzləri ilə bağlı TƏKLİF
Hazırda oxunan: Qazaxıstan liderindən dövlət rəmzləri ilə bağlı TƏKLİF
Hazırda oxunan: Qazaxıstan liderindən dövlət rəmzləri ilə bağlı TƏKLİF
141946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.