Roma Papası Françisk Mosuldakı dağıdılmış erməni kilsəsini ziyarət edib.
Bizim.Media xəbər verir ki, məlumatı “armeniasputnik.am” saytı “Crux “ katolik internet qəzetinin rəhbəri Ines San Martinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Roma Papası İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdü
O, “Twitter”də bu haqda paylaşım edib:
"Papa Françisk Mosuldan ayrılmazdan əvvəl Suriyanın dağıdılmış pravoslav və erməni kilsələrini şəxsən ziyarət edib".
Bundan əvvəl Papa yerli şiələrin mənəvi lideri Ayətullah Əli Sistani ilə bu ölkədə xristianların təhlükəsiz və ləyaqətli yaşamasını, insanların əzablarının sona çatmasında dini liderlərin rolunu müzakirə etmişdi.
Xatırladaq ki, martın 5-də Françisk İraqa dörd günlük apostol səfərini reallaşdırıb. O, Orta Şərq ölkəsini ilk dəfə ziyarət edən Roma Katolik Kilsəsinin başçısı kimi tarixə düşüb.
Bizim.Media