“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

Hazırda oxunan: “Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

14152

“Microsoft” şirkətinin proqram təminatındakı qüsurlar səbəbindən dünya üzrə 60 mindən çox şirkətin məlumatlar bazasına kiberhücumlar qeydə alınıb.

Bizim.Media xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata əsasən, kiberhücumlar başlıca olaraq kiçik və orta sahibkarlıq subyektlərinə qarşı həyata keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

"Pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik" - Bill Qeyts


Kibertəhlükəsizlik üzrə ixtisaslaşan “Huntress” şirkətindən bildirilib ki, hakerlər bankların, elektrik enerjisi paylayıcılarının, qocalar evlərinin və dondurma şirkətinin kompüter sistemlərinə daxil olmağa cəhd göstəriblər.

Onlara bu imkanı verən isə “Microsoft” proqram təminatındakı “zəif yerlər” olub.

Qeyd edək ki, artıq “Microsoft” şirkəti də öz xətasını etiraf edib.

Kiberhücumlarda Rusiya və Çin hakerləri şübhəli bilinir.

Ekspertlər yaxın zamanlarda proqram təminatındakı xətaların aradan qaldırılmayacağı təqdirdə, onların kiberfəlakətə yol aça biləcəyini qeyd ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin