“Rusiya ilə qaz müqavilələri imzalamağımız SƏHV İDİ” – Rəsmi Berlin

Hazırda oxunan: “Rusiya ilə qaz müqavilələri imzalamağımız SƏHV İDİ” – Rəsmi Berlin

141463

“Rusiya qazının Almaniya tərəfindən alınması ilə bağlı müqavilələr səhv addım idi. Ona görə ki, ölkə bunun üçün yüksək qiymət ödəyirdi”. 

Bizim.Media “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlində keçirdiyi mətbuat konfransında səsləndirib.

Nazir qeyd edib ki, Almaniya öz milli təhlükəsizliyi hesabına Rusiya qazının hər kubmetrinin qiymətini iki-üç qat ödəyib. 

“Bu ölkənin enerji resurslarından asılılığa son qoymaq üçün alman cəmiyyəti öz daxili zəifliyinə qalib gəlməli və xarici təhdidlər qarşısında toplanmalıdır. Bundan sonra hökumət dərmanların, xammalların və enerji resurslarının təchizatında daha diqqətli olacaq”.

Qeyd edək ki, bu ayın əvvəlində Almaniyanın iqtisadiyyat naziri Robert Habek etiraf etdi ki, Rusiya qazı olmasa, Almaniya istehsal gücünü əhəmiyyətli dərəcədə azaltmalı olacaq. 
Onun sözlərinə görə, Moskva və Kiyev qazın Avropaya tranziti ilə bağlı müqaviləni uzatmasalar, Almaniya qazı qonşuları ilə bölüşməli olacaq:

“Ölkədə tikilməkdə olan mayeləşdirilmiş təbii qaz (LNG) terminalları Şərqi Avropa istehlakçılarının ehtiyaclarını ödəmək üçün kifayət etmir”.

Xatırladaq ki, Ukraynada xüsusi əməliyyata başlayandan sonra rəsmi Berlin Rusiyanın enerji resurslarını mərhələli şəkildə dayandırmaq qərarına gəldi. Çünki, 2023-cü ildə ölkə nefti kömürlə əvəz etmək niyyətindədir və 2024-cü ilə qədər də Rusiyadan qaz nəql etməkdən imtina edilməsi planlaşdırılır.

2023-cü ilin mart ayının əvvəlində Almaniya kansleri Olaf Şolz, ölkəsinin artıq Rusiya yanacağından azad olduğunu bildirib. Maliyyə naziri Kristian Lindner isə Berlinin hələ də enerji idxalından, indi isə digər ölkələrdən olan təchizatçılardan asılı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya qazından imtina Almaniya üçün böyük stresə çevrilib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin