Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının çeçen deputatı Adam Dəlimxanovun Ukraynada müharibə zonasında yaralanmasına münasibət bildirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o teleqram kanalında müraciət ünvanlayıb.
“Mən özüm Adam Delimxanovla əlaqə saxlaya bilmirəm. O, əlaqəyə çıxmır", - Kadırov deyib.
O, Ukrayna kəşfiyyatından Delimxanovun tapılmasına kömək istəyib.
“Mən Ukrayna kəşfiyyatından xahiş edirəm ki, dəqiq hansı yer və hansı mövqelərin vurulduğu barədə məlumat versinlər ki, mən əziz qardaşımı tapa bilim. Yaxşı bir mükafat vəd edirəm və kömək etməyinizi xahiş edirəm”.
Qeyd edək ki, Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovun Ukraynada yaralandığı bildirilib. Ukrayna mənbələri isə Adam Delimxanovun Zaporojye vilayətində öldürüldüyü barədə məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:40 / 14.06.2023
Kadırov Ukrayna kəşfiyyatından kömək İSTƏDİ: “Mükafat vəd edirəm”
Hazırda oxunan: Kadırov Ukrayna kəşfiyyatından kömək İSTƏDİ: “Mükafat vəd edirəm”
Hazırda oxunan: Kadırov Ukrayna kəşfiyyatından kömək İSTƏDİ: “Mükafat vəd edirəm”
141415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.