ABŞ-dan Ermənistandakı vətəndaşlarına QADAĞA: "Azərbaycanla sərhədə getməyin"

Hazırda oxunan: ABŞ-dan Ermənistandakı vətəndaşlarına QADAĞA: "Azərbaycanla sərhədə getməyin"

141364

ABŞ-ın Ermənistandakı səfirliyi öz əməkdaşlarına Ermənistanın bir sıra rayonlarına səfər etməyi qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya səfirliyin internet saytında yerləşdirilib.

Mənbə yazır ki, Ermənistan və Azərbaycan arasında davam edən münaqişə ilə əlaqədar ABŞ səfirliyi əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə səyahət etməyi qadağan edib:

Tovuzqala rayonu, Varaqavandan şərqdəki H37 şosesi boyunca, Tovuzqala rayonu, Navurdan şərqdəki H36 şosesi boyunca, Basarkeçərdən Göyçə mahalının şərqinə doğru.

Ararat rayonunun Arazdəyən kəndindən keçidə icazə verilir, ancaq dayanmaq qadağan edilir. Cermuk şəhərinə və Zəngəzur rayonuna getməyə icazə verilmir. 

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri öz əməkdaşlarına sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ bölgəsinə səfər etməyi də qadağan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin