“Belarus Rusiya Federasiyasından Xirosima və Naqasakidə istifadə olunanlardan üç dəfə güclü raket və bombalar alıb”.
Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossia 1” telekanalının aparıcısı Olqa Skabayevaya müsahibəsi zamanı bildirib.
“Bizim raket və bombalarımız var. Bomba Xirosima və Naqasakidən üç dəfə güclüdür. Orada baş verən hadisələrdə 80 mindən çox insan bir anda, 250 mini isə bir zərbədən ölürdü Bizə verilə bomba isə üç qat daha güclüdür”, - dedi.
Lukaşenko əlavə edib ki, Rusiya ilə nüvə silahının istifadəsi ilə bağlı razılığa gəlmək üçün ölkə rəhbəri Vladimir Putinlə bir telefon zəngi bəs edəcək.
Onun sözlərinə görə, taktiki nüvə silahları bütün ölkəyə səpələnəcək və bir yerdə saxlanmayacaq.
Bizim.Media