Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
KOBİA-dan Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla Əhməd Əli Əl Dakhil arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişafına maraq ifadə olunub, İşgüzar Şura çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün növbəti addımlara dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:24 / 13.06.2023
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri görüşüb
Hazırda oxunan: Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri görüşüb
Hazırda oxunan: Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri görüşüb
141138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.