ABŞ Çinin 31 şirkətini qara siyahıya salıb

Hazırda oxunan: ABŞ Çinin 31 şirkətini qara siyahıya salıb

141124

ABŞ Ticarət Nazirliyi Çindən 31 şirkətə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 5 və Böyük Britaniyadan iki müəssisəyə ixrac nəzarəti tətbiq edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ticarət Nazirliyi tərəfindən, həmçinin, İngiltərə, Keniya, Laos, Malayziya, Pakistan, Sinqapur, Tayland və Cənubi Afrikanın bəzi strukturlarına ixrac məhdudiyyətləri qoyulub. 

“Ticarət Nazirliyi 43 şirkəti ixrac nəzarəti tədbirləri tətbiq olunan şirkətlər siyahısına əlavə edib. ABŞ hökuməti onları beynəlxalq siyasətin maraqlarına və ya ABŞ-nin milli təhlükəsizliyinə zidd hərəkətlər kimi müəyyən edib”, - deyə Nazirliyin məlumatında qeyd olunub.
ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişə görə, eyni zamanda, Latviyanın Fiber Optic Solutions təşkilatı qara siyahıdan çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin