Türkiyədə avtomobil dayanacağında yanğın çıxdı, 70-dən çox avtomobil yanıb kül oldu

Hazırda oxunan: Türkiyədə avtomobil dayanacağında yanğın çıxdı, 70-dən çox avtomobil yanıb kül oldu

141122
Türkiyənin Konya şəhərində çıxan bir yanğında 70 avtomobil yanaraq sıradan çıxıb.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə yanğının səbəbi hələ bilinmir.

Yanğın Bakı vaxtı ilə 14-45-də Konyanın Qaratay rayonunda tatlıcaq məhəlləsində bələdiyyəyə aid bir avtodayanacaqda meydana gəlib. 

Alov qısa bir zamanda yayılıb və onlarla avtomobilə sıçrayıb.

Hadisəni müşahidə edən mətbuat nümayəndələri yanğını söndürməyə gələn yanğınsöndürənlərə və jurnalistlərə 15 nəfərlik bir qrupun Tatlıcaq məhəlləsindən daş atdığını deyiblər.

Yanğın 2 saatdan sonra söndürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin