Onunla sevişmək istəməyən ərini vəhşicəsinə öldürdü...

Hazırda oxunan: Onunla sevişmək istəməyən ərini vəhşicəsinə öldürdü...

141080
Onunla yatmaq istəməyən həyat yoldaşını vəhşicəsinə öldürən qadının məhkəməsi keçirilib.

Xarici mətbuat xəbər verir ki, dəhşətli qətl hadisəsi Hindistanın Əhmədabad şəhərində baş verib. Vimla Vaghela adlı qadın əri Narsinhi onunla intim münasibətdə olmaq istəmədiyinə görə qətlə yetirib. Bu cinayət əməlinə görə Vimla ömürlük azadlıqdan məhrum edilib.

Hadisə belə baş verib: Nahardan sonra cütlük evdə yalnız olub. Bu zaman Vimla əri ilə cinsi əlaqədə olmaq istəyib. Lakin əri onun bu təklifini rədd edib. Bundan əsəbiləşən Vimla həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. O, ərini xəyanət etməkdə günahlandıraraq mübahisə əsnasında onun başına odun parçasıyla çoxsaylı zərbələr endirməyə başlayıb. Zərbələrin təsirindən Narsinh yerindəcə ölüb. (big.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin