Suriyada 7 PKK terrorçusu MƏHV EDİLDİ

Hazırda oxunan: Suriyada 7 PKK terrorçusu MƏHV EDİLDİ

140936

PKK/YPG terror təşkilatının Fərat Qalxanı Cibrin bazası ərazisi və Öncüpınar polis şəhərciyinə təşkil etdiyi hücumlara cavab verilib. Qərargah adlanan yer dağıdılıb, 7 terrorçu zərərsizləşdirilib.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında yazıb.

Məlumatda bildirilir ki, hücumun həyata keçirildiyi yerlər müəyyənləşib və dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən güclü zərbələr endirilməyə başlanılıb. 

Türk əsgər və zabitinə heç bir zərər dəyməyib. Terrorçuların hücum cəhdlərini heç vaxt cavabsız qoymayan türk əsgəri terrorçulara aid bir çox hədəfi effektiv şəkildə vurmaqda davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin