Yaponiyada 6,2 bal gücündə zəlzələ: Sunami təhlükəsi yoxdur

Hazırda oxunan: Yaponiyada 6,2 bal gücündə zəlzələ: Sunami təhlükəsi yoxdur

140891

Yaponiyanın şimalındakı Hokkaydo adasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi açıqlama yayıb.

Yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə 13:55) qeydə alınan zəlzələnin ocağı yer səthindən 140 kilometr dərinlikdə olub.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməsə də, təkanlar Yaponiyanın şimal hissəsindəki bir çox yaşayış məntəqəsində hiss olunub.

Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığını bəyan edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin