Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.
Bu barədə Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir.
Dövlət başçısı Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb.
Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.
“Kazinform” agentliyi yanğın nəticəsində 14 nəfərin öldüyünü yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:41 / 11.06.2023
Qazaxıstanda sabah matəm olacaq
Hazırda oxunan: Qazaxıstanda sabah matəm olacaq
Hazırda oxunan: Qazaxıstanda sabah matəm olacaq
140869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.