Kanada Rusiyanın müsadirə edilən “AN-124” təyyarəsini Ukraynaya təhvil verəcək

Hazırda oxunan: Kanada Rusiyanın müsadirə edilən “AN-124” təyyarəsini Ukraynaya təhvil verəcək

140809

“Kanada Rusiyadan müsadirə edilən AN-124 nəqliyyat təyyarəsini Ukraynaya təhvil verəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Kanadanın baş naziri Castin Trüdo deyib. 

Onun sözlərinə görə, rəsmi Ottava təyyarəni Ukraynaya təhvil vermək üçün müsadirə edib və artıq transfer prosesi başlayıb: 

“Keçən ilin mart ayının əvvəlində Rusiyanın “Antonov” təyyarəsi Torontodakı Pirson hava limanına enib. Təyyarədə Kanada hökumətinin sifarişi ilə COVID-19 üçün vaksin sınaq dəstləri gətirilib. O, yerə enən kimi dərhal onu saxladıq. Bu gün qəbul etdiyimiz qanunvericilik sayəsində biz Rusiyaya məxsus olan bu təyyarəni müsadirə edib, daha Rusiyanın istifadə etməməsi üçün mülkiyyət hüququnun Ukraynaya verilməsi prosesinə başlayacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin