Qazaxıstanın Abay bölgəsinin Semey meşəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 14 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, mövcud vəziyyəti nəzərə alaraq, əlavə olaraq Astana şəhəri və Qaraqanda vilayəti Fövqəladə Hallar Departamentinin 133 nəfərlik canlı qüvvə və vasitələrinin bir qrupunun və 48 texnikanın, həmçinin dörd helikopterin göndərilməsi qərara alınıb.
Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.
Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:50 / 10.06.2023
Qazaxıstanda meşə yanğınları DAVAM EDİR - Ölüm sayı 14-ə çatdı
Hazırda oxunan: Qazaxıstanda meşə yanğınları DAVAM EDİR - Ölüm sayı 14-ə çatdı
Hazırda oxunan: Qazaxıstanda meşə yanğınları DAVAM EDİR - Ölüm sayı 14-ə çatdı
140791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.