“Ukraynada əks-hücum və müdafiə tədbirləri keçirilir, lakin onların hansı mərhələdə olduğu barədə təfərrüata varmayacağam”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın Baş naziri Castin Trüdo ilə birgə keçirdiyi briginq zamanı deyib.
Ukrayna Prezidenti qeyd edib ki, tezliklə hər kəs bu hücumların nəticələri hiss edəcək:
“Siz anonim mənbələrə yox, Ukrayna ordusuna, hətta Putinə də inanmalısınız.
Hazırda hər kəs müsbət əhval-ruhiyyəyə köklənib. Bunu Putinə elə belə də çatdırın".
Bizim.Media