Rus hərbi gəmiləri İstanbula girdi

Hazırda oxunan: Rus hərbi gəmiləri İstanbula girdi

140776
Rusiya donanmasına məxsus xa0"Georgy Pobedonosets" gəmisi İstanbul (Bosfor) boğazından keçib. ANS PRESS-in məlumatına görə, 016 bort nömrəli hərbi gəmi boğazdan keçərək Mərmərə dənizinə daxil olub.xa0

Gücləndirilmiş təhlükəsizlik tədbiri ilə boğazdan keçən gəmini Türkiyə Sahil Təhlükəsizlik Xidmətinin motorlu qayıqları, dəniz polisi, həmçinin havadan polis helikopterləri müşayiət edib. Silahlı hərbçilərdən bir necəsinin durbinlə ətrafı müşahidə etdiyi diqqət çəkib.

Rusiya

Bu il aprel ayında Rusiya donanmasına aid "Aleksandr Otrakovskiy" gəmisi Bosfor boğazından keçərək Mərmərə dənizinə daxil olub. Boğazdan keçərkən Rusiya gəmisində Türkiyənin dövlət bayrağı dalğalanıb.

Ötən il noyabrın 24-də Türkiyə Hərbi Aviasiyasına məxsus "F-16" qırıcısı Rusiya Hərbi Hava Donanmasına aid "Su-24" qırıcısını vurmuşdu. Buna Rusiya təyyarəsinin Türkiyə-Suriya hava sərhəddini pozması səbəb olmuşdu. Hadisədən sonra Türkiyə ilə Rusiyanın münasibətləri xeyli gərginləşib. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Bu gərginlik zəminində ötən il dekabrın 4-də İstanbul boğazından keçən gəmidəki əsgərlərdən biri göyərtədə çiynində qumbaraatanla dayanmış, bu hadisə də növbəti gərginliyə səbəb olmuşdu. Türkiyəli siyasətçilər baş verənləri Rusiyanın təxribatı kimi dəyərləndirmişdilər. Montre boğazlar konvensiyasına görə, öz suverenliyi üçün təhlükə hiss edəcəyi və müharibə təhlükəsi ilə üz-üzə qalacağı təqdirdə Türkiyənin boğazları bağlamaq hüququ var.xa0

Rusiyanın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin