Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edərək onu qoşunları Ukraynadan çıxarmağa çağırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Almaniyanın BİLD nəşri yayıb.
Nəşr yazır ki, Şolts bu gün Nürnberqdə Almaniya Evangelist Kilsəsinin konqresində çıxış edərək, Rusiya prezidenti ilə əlaqəni kəsmək niyyətində olmadığını bildirib.
O əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Vladimir Putinlə danışıb və “yaxın gələcəkdə bunu yenidən təkrarlamağı” təklif edir.
Almaniya hökuməti başçısının sözlərinə görə, rus qoşunlarının Ukraynadan çıxarılması “ədalətli sülhə” nail olmaq üçün zəruri şərtdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:16 / 10.06.2023
Şolts Putinə zəng edib Ukrayna ilə bağlı TƏKLİF VERƏCƏK
Hazırda oxunan: Şolts Putinə zəng edib Ukrayna ilə bağlı TƏKLİF VERƏCƏK
Hazırda oxunan: Şolts Putinə zəng edib Ukrayna ilə bağlı TƏKLİF VERƏCƏK
140772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.