Baş nazir: “Polşa Avropa İttifaqına mühacir axınına qarşıdır”

Hazırda oxunan: Baş nazir: “Polşa Avropa İttifaqına mühacir axınına qarşıdır”

140698

“Afrikadan və Yaxın Şərq ölkələrindən olan mühacirlərin Avropa İttifaqına kütləvi axınına qarşı çıxan Polşanın hakimiyyət orqanları sərhədlərin bərkidilməsini vacib sayır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski mətbuat konfransında deyib. 

“Biz şərq sərhədlərində olduğu kimi, cənub sərhədlərinin də bərkidilməsini və böyük mühacir kütləsinin qarşısının alınmasını istəyirik”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, miqrasiya məsələsi Avropa İttifaqının iyunun sonlarında keçiriləcək növbəti sammitində müzakirə ediləcək. 

Nə qədər ki, “Hüquq və ədalət” partiyasının formalaşdırdığı Nazirlər Kabineti hakimiyyətdədir, bizə sırınan hansısa qaçqın kvotası siyasətinə, Afrikadan, Yaxın Şərqdən, ərəb və müsəlman ölkələrindən mühacir kvotasına imkan verməyəcəyik. Bu məsələdə mövqeyimiz birmənalıdır”, - deyə Mateuş Moravetski əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin