ABŞ-da 50 nəfəri öldürən terrorçunun kimliyi açıqlandı ”” İŞİD izi

Hazırda oxunan: ABŞ-da 50 nəfəri öldürən terrorçunun kimliyi açıqlandı ”” İŞİD izi

140628
ABŞ-ın Orlando şəhərində geylərin yığışdığı gecə klubuna girərək 50 nəfəri güllələyən şəxsin kimliyi açıqlanıb.

Qanlı aksiyanı həyata keçirdikdən sonra polislərlə atışmada öldürülən terrorçunun 29 yaşlı ABŞ vətəndaşı Ömər Mətin olduğu bildirilir.

Polisin onun yaşadığı yerdə və tanışları arasında apardığı araşdırmalardan sonra məlum olub ki, Ömər Mətin terror aktını törətməzdən əvvəl İŞİD-ə sədaqət andı içibmiş.

Hazırda onun ABŞ-dakı əlaqələri araşdırılır.

Xatırladırıq ki, Ömər Mətinin törətdiyi qanlı terror nəticəsində 50 nəfər həlak olub, 53 nəfər isə yaralanıb.(Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin