Almaniya hökuməti Bundestaqın 11 türkəsilli deputatın mühafizəsini gücləndirərək, onlara mühafizəçi ayırdı.
Moderator.az “Frankfurter Allgemeine Zeitung”x9d-ə istinadən xəbər verir ki, buna səbəb Bundestaqda uydurma erməni soyqrımı məsələsi zamanı onların bir qisminin aktiv iştirak etməsindən və bir qismininin də seyrçi mövqe nümayiş etdirməsindən sonra onların ünvanlarına səslənən təhdidlərdir.
Belə ki, Almaniya parlamenti uydurma erməni soyqrımı barədə qərar verən zaman türkəsilli deputatların bir neçəsi bu uydurma soyqrıma səs vermiş, digər qismi isə passiv mövqe nümayiş etdirib. Bu da haqlı olaraq türklərdə ciddi narazıçılığa səbəb olub.
Bundan sonra onların ünvanına təhqir dolu ifadələr işlədilib.
Bunu nəzərə alan Almaniyanın federal və cinayət polisi Berlində keçirilən müzakirələrdən sonra türkəsilli deputatların mühafizəsinin gücləndirməsi barədə qərara gəlib.
Bu barədə məlumat verən Almaniyanın Daxili işlər naziri Tomas de Mezer deyib ki, türkəsilli deputatların ünvanına səslənən təhdidlər yolverilməzdir: “Bu gün Almaniyada 3,5 milyondan çox türkəsilli insan yaşayır ki, onların də əksəriyyəti yaxşı qonşu və Almaniya cəmiyyətinin önəmli bir parçasıdır”x9d

































































































