“Ukrayna Krımı mütləq qaytaracaq. Bu vəziyyətdə Budanovun sözləri mütləq gerçəkləşəcək”.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
O, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Ukrayna Silahlı Qüvvələrinin yazın sonuna qədər Krıma daxil olacağı ilə bağlı verdiyi proqnozun özünü doğrultmamağını şərh edib:
“Biz senarilərdən danışırıq. Bu, bukmeker kontorunda mərc etmək və ya divarda asılmış təqvim deyil. Düzəlişlər olur. Amma ümumi vəziyyət və ümumi qiymətləndirmə dəyişməz olaraq qalır: Ukrayna Krımı mütləq qaytaracaq”.
A. Yusov bildirib ki, Ukrayna ordusu havalar soyumamış Krıma daxil ola bilər:
“Ukrayna təhlükəsizlik və müdafiə qüvvələrinin aktiv döyüş fazası hazırda davam etdiyi üçün, mən hesab edirəm ki, konkret məsələni müzakirə etmək düzgün deyil. Amma düşünürəm ki, Krımın alınması isti aylarda baş verəcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:09 / 09.06.2023
Ukrayna ordusunun Krıma daxil olacağı vaxt AÇIQLANDI
Hazırda oxunan: Ukrayna ordusunun Krıma daxil olacağı vaxt AÇIQLANDI
Hazırda oxunan: Ukrayna ordusunun Krıma daxil olacağı vaxt AÇIQLANDI
140548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.