Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

Hazırda oxunan: Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

140504

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə iki ölkə hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasında və Azərbaycan-Koreya Biznes Forumunda iştirak edən nümayəndə heyətimiz iyunun 8-də Seulda bir sıra ikitərəfli görüşlər keçirib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi və Koreya Ağıllı Şəhər Assosiasiyasında yüksək səviyyəli rəsmiləri ilə reallaşan görüşlərdə Koreya ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, habelə Koreya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakı və ölkəmizə investisiya qoyuluşu imkanları müzakirə olunub. 

Nümayəndə heyəti, həmçinin Seul və Anyang şəhər meriyalarının inteqrəolunmuş “ağıllı” idarəetmə mərkəzlərini ziyarət edərək Koreya təcrübəsi ilə yaxından tanış olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin