“Cailber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjet Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatına həsr olunub.
Bizim.Media xəbər verir ki, videomaterialın müəllifləri Ermənistanın Zəhgəzur dəhlizi boyu nəzarət funksiyasını Rusiya tərəfinə verməyəcəyilə bağlı siyasətçinin məlum fikirlərini “üçtərəfli bəyanat üçün rekviyem” kimi qiymətləndirlər.
“İrəvan artıq təkcə faktiki olaraq deyil, həm də hüquqi olaraq imzaladığı üçtərəfli bəyanatın icrasından imtina edir. Əlbəttə ki, Ermənistanda bunu inkar edir və 10 noyabr 2020-ci il bəyanatına sadiq qaldıqlarını bildirirlər. Lakin biz, əlbəttə ki, oxumağı və təhlil etməyi bacarırıq”, - süjetdə bildirilir.
Daha ətraflı videomaterialda:
Bizim.Media