Rusiya elitası Ukraynadakı müharibə ilə bağlı “artan ümidsizlik”dən əziyyət çəkirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.
Nəşr qeyd edir ki, Rusiya siyasi və biznes elitasının bir çox üzvləri müharibədən yorulub və hərbi əməliyyatların dayandırılmasını istəyirlər. Ancaq onlar Rusiya prezidenti Vladimir Putinin müharibəni dayandıracağına şübhə edirlər.
Agentliyin mənbəsi Rusiya üçün ən yaxşı variantı da açıqlayıb: "Danışıqlar aparılmalı və münaqişə ilin sonuna kimi dondurulmalıdır. Bundan sonra Putin Ukraynanın işğal olunan ərazilərinin bir hissəsini saxlayaraq qələbə ajiotajı yarada bilər".
Bloomberg-in fikrincə, heç bir elita Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Putinə qarşı durmaq istəmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:23 / 08.06.2023
Rusiya elitası Putinin qələbə şansına şübhə edir - BLOOMBERG
Hazırda oxunan: Rusiya elitası Putinin qələbə şansına şübhə edir - BLOOMBERG
Hazırda oxunan: Rusiya elitası Putinin qələbə şansına şübhə edir - BLOOMBERG
140393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.