Zelenski Ərdoğanı Zaporojye AES üçün yaranmış risklər barədə MƏLUMATLANDIRDI - FOTO 

Hazırda oxunan: Zelenski Ərdoğanı Zaporojye AES üçün yaranmış risklər barədə MƏLUMATLANDIRDI - FOTO 

140332

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Kaxovka SES-in bəndinin dağıdılması və suyun ətrafa yayılmasının nəticələrinin aradan qaldırılması üçün tələb olunan şeylərin siyahısını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski rəsmi “Twitter” səhifəsində məlumat verib. 

“Ərdoğana Kaxovka SES-in dağıdılmasının humanitar və ekoloji nəticələri və bununla bağlı Zaporojye AES üçün yaranmış risklər barədə də danışıb, fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ukraynanın təcili ehtiyac duyduğu şeylərin siyahısını onlara təqdim etdik”, - deyə Ukrayna dövlət başçısı qeyd edib. 
O bildirib ki, münaqişənin həlli, saxlanılmış Ukrayna vətəndaşlarının, o cümlədən Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələlərində Türkiyənin səsi vacibdir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin