Türkiyə vətəndaşı Koreyalı qızı zorlanmaqdan xilas etdi və özü…

Hazırda oxunan: Türkiyə vətəndaşı Koreyalı qızı zorlanmaqdan xilas etdi və özü…

13994

Cənubi Koreyanın paytaxtı Seulda gənc qızı təcavüzdən xilas edən və təcavüzkarı polisə təhvil verən Türkiyə vətəndaşı dünya mətbuatının böyük marağına səbəb olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rabiya Şirinin qəhrəmanlığı dünya mətbuatının diqqətini çəkib.

Hətta olaydan sonra qəhrəman xanıma bir çox mətbu orqanlar tərəfindən müsahibə verməsi təklif edilib.

Hadisə Sonqpa adlanan bölgədəki ticarət mərkəzlərindən birində baş verib. Təcavüzkar tualetə gedən 20 yaşlarında gənc qızı izləyətək arxasınca gedib və onu zorlamağa cəhd edib.

Bu zaman ticarət mərkəzinə yaxın  restoranda işləyən 25 yaşlı Rabiya Şirin və müdiri qızın fəryadını eşidən kimi köməyə tələsiblər.

Dövlət işçisi kimi tanınan, lakin şəxsiyyəti məlum olmayan 30 yaşlı təcavüzkar saxlanılıb. Baş verənlər yaxınlıqdakı iş yerlərindən birinin təhlükəsizlik kamerasında əks olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin