"Barselona"nın prezidenti Joan Laporta PSJ-dən ayrılan Lionel Messinin atasından hələlik başqa komandadan gələn təklifi qəbul etməməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
Kataloniya təmsilçisinin rəhbəri Xorxe Messidən ona vaxt verməsini istəyib. Klub əmindir ki, La Liqanın təsdiqindən sonra maliyyə planına uyğun olaraq argentinalı hücumçu ilə müqavilə imzalaya biləcək.
Bildirilib ki, bu gün Laporta və X.Messi müqavilənin bağlanmasını bir neçə saat müzakirə ediblər.
Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. O, 2 gün əvvəl 2021-ci ilin yayından etibarən çıxış etdiyi PSJ-dən ayrılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 06.06.2023
Laporta Messinin atasından vaxt istədi
Hazırda oxunan: Laporta Messinin atasından vaxt istədi
Hazırda oxunan: Laporta Messinin atasından vaxt istədi
139924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.