Məhkəmə Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadınla bağlı qərarını dəyişdi

Hazırda oxunan: Məhkəmə Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadınla bağlı qərarını dəyişdi

139915

Xəbər verdiyimiz kimi Ermənistanın Apellyasiya Məhkəməsi müharibədə ölən əsgər Jora Martirosyanın anası Qayane Akopyan (Martirosyan) barəsində seçilən həbs-qətimkan tədbirini dəyişdirib. O, ev dustaqlığına buraxılıb. 

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhddə təqsirləndirilən Qayane Akopyanın yenidən həbs edilməsinə qərar verib. 

Belə ki, Akopyan barəsində 1 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verilib. 

Akopyanın özü və vəkilləri bildiriblər ki, məhkəmə bu qərarı baş nazir Nikol Paşinyanın birbaşa təzyiqi ilə verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin