İsrailin Baş naziri Benyamin Netanyahu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) İranın nüvə fəaliyyətlərinə nəzarət etməməkdə günahlandırıb və BMT-nin nəzarət orqanının siyasiləşmiş və əhəmiyyətsiz olmaq riski altında olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Reuters” agentliyi yayıb.
“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə yalan danışmaqda davam edir. Agentliyin İran təzyiqi qarşısında təslim olması onun tarixində qara ləkədir. Əgər AEBA siyasi təşkilata çevrilərsə, o zaman onun İrandakı nəzarət fəaliyyəti də, İranın nüvə fəaliyyəti ilə bağlı hesabatları da mənasız olacaq”- deyə, o bildirib.
ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə sazişindən çıxdıqdan sonra Tehran uranın zənginləşdirilməsini artırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:37 / 04.06.2023
Netanyahu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi sərt tənqid etdi - İrana görə
Hazırda oxunan: Netanyahu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi sərt tənqid etdi - İrana görə
Hazırda oxunan: Netanyahu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi sərt tənqid etdi - İrana görə
139660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.