Rusiyanın Belqorod vilayətinin Novaya Tavoljanka şəhəri atəşə tutulur.
Bizim.Media xəbər verir ki, şahidlər şəhərə on ədəd raket hücumunun olduğunu və iki evin yandığını bildirirlər.
Onların sözlərinə görə, hücumlar nəticəsində ərazidə şiddətli yanğınlar başlayıb, xəsarət alanlar var.
Qubernator Qladkovun sözlərinə görə, gün ərzində bölgədə 5 nəfər ölüb.
Şəhər meri həmçinin qeyd edib ki, ötən gün Ukrayna Ordusu Novaya Tavoljankaya 57 minaatan və artilleriya mərmisi atıblar. Nəticədə 40 fərdi evə ziyan dəyib.
Bizim.Media