Hindistanda etnik zəmində toqquşmalar 98 nəfərin ölümünə səbəb olub

Hazırda oxunan: Hindistanda etnik zəmində toqquşmalar 98 nəfərin ölümünə səbəb olub

139403

Hindistanın Manipur əyalətində may ayı ərzində davam edən etnik zəmində toqquşmalar nəticəsində azı 98 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "India Today" telekanalı məlumat yayıb. 

Daha əvvəl toqquşmalar nəticəsində 70-dən çox insanın öldüyü bildirilirdi. 

Məlumata görə, iğtişaşlar davam etdiyi müddətdə 4000-dən çox bina yandırılıb. Minlərlə yerli sakin sığınacaq tapmaq üçün bölgəni tərk etmək məcburiyyətində qalıb. 

Xatırladaq ki, Manipurda tayfalar arasında toqquşmaların baş verməsinin səbəbi Meytey tayfasından olan miqrantların ştatda qeydiyyata alınmış kasta statusu tələb etməsi ilə başlayıb. Bu status kasta üzvlərinə bir sıra imtiyazlar verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin