Blinken: "NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq"

Hazırda oxunan: Blinken: "NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq"

139229

“NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq, Alyans bunu qarşısına məqsəd qoyub”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Norveçin paytaxtı Osloda keçirdiyi brifinqdə deyib. 

“Biz Ukraynanın əks-hücumları fonunda bu ölkəyə yardımımızı maksimum dərəcədə artırmağa fokuslanmışıq”, - deyə Blinken qeyd edib. 

A.Blinkenin sözlərinə görə, müttəfiqlərin Ukraynaya artan dəstəyi həm də ehtimal edilən təcavüzlərin qarşısını almaq üçündür.

Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin