"Bir dollar, bir güllə" siyasəti – İranla Əfqanıstanı üz-üzə qoyan KİMDİR? – VİDEO 

Hazırda oxunan: "Bir dollar, bir güllə" siyasəti – İranla Əfqanıstanı üz-üzə qoyan KİMDİR? – VİDEO 

139138

Mayın 28-də səhər saatlarında Əfqanıstan-İran sərhədində hərbi toqquşma baş verib. Əfqanıstan Milli Müdafiə Nazirliyi açılan atəşə görə İranın hərbi qüvvələrini günahlandırıb. Eyni qayda ilə İran tərəfi bəyanat yaydı. 

Lakin hadisənin əsas səbəbləri və real faktorlar bir qədər kölgədə qalıb. 

Yaxın keçmişə nəzər salsaq, bir sıra mümhüm məqamların şahidi olarıq. 

2021-ci ilin yazında ABŞ və onun müttəfiqləri öz qoşunlarını Əfqanıstan ərazisindən çıxardı. Bu, dünya ictimaiyyəti üçün gözlənilməz bir addım idi. Əksər media qurumları bu məlumatın yalnış olub-olmadığını belə dəqiqləşdirmişdi.

Çünki ABŞ Əfqanıstanda möhkəmlənmək üçün milyardlarla dollar vəsait xərcləmiş, çoxlu sayda hərbi texnika və canlı qüvvə itirmişdi. 

ABŞ qoşunları ölkəni tərk edən gün hakimiyyət Taliban qruplaşmasının əlinə keçdi. Bütün dövlət binaları zəbt olundu, hava limanları qapadıldı. Bütün bunların fonunda ən çox diqqət çəkən məqam ABŞ qoşunlarının ölkəni tərk edərkən hərbi bazalarda atıb getdiyi silah və texnika idi.
Gülməlidir elə deyil? 

ABŞ ordusu Taliban döyüşçülərindən qorxub silah-sürsatını atıb qaçır. Əlbəttə ki, burada əsas məqsəd elə Talibanı silahlandırmaq idi. Bu İŞİDİ yaradan, PKK və PYD-ə hərbi təlim keçən həmin ABŞ ordusudur. ABŞ hadisələrin gedişatını öncədən sezdiyindən hakimiyyəti Talibana təhvil verib ölkəni tərk etdi. 
Hadisədən bir il keçməmiş Əfqanıstanla İran sərhədində kiçik hərbi insidentlər baş verdi. İlk baxışdan İran və Əfqanıstan arasında gərginliyin Hilmənd çayının suyu məsələsindəki anlaşmazlıqdan qaynaqlandığı deyilsə də, bu aysberqin görünən tərəfidir. 

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ-ın Orta Şərqdə olan maraqları daha da böyüdü. Rusiya zəifləyirsə, buna ən çox sevinən tərəf ABŞ və müttəfiqləridir. Bu heç kimə sirr deyil. Qeyd etdiyimiz kimi ABŞ qoşunları Əfqanıstanı tərk edərkən bazalardakı hərbi texnikanı və silah-sürsatı bölgədə saxlayıb.Yəni Taliban üçün. 

Hazırda orta statistik rəqəmlərə əsaslanaraq demək olar ki, Talibanın əlində, ümumilikdə bazar dəyəri 85 milyard ABŞ dolları təşkil edən silah və texnika var. 

Yəqin ki, bu hərbi güc olmasa Taliban İrana qarşı hər hansı bir hərbi müdaxiləni ağlından belə keçirməz. 

İranın Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın yanında yer alması, Rusiyaya müxtəlif tipli zərbə dronlarını, əməliyyat taktiki raketlər, onların buraxıcı qurğularını və digər silah sistemlərini verməsi ABŞ-ı hiddətləndirib.

Axı Pentaqon hər dəfəsində Ukraynaya yeni hərbi yardım paketləri göndərir. Göndərir ki, müharibə Ukraynanın qələbəsi ilə başa çatsın. Əvəzində İranın Rusiyaya yeni silah sistemlərini və vasitələri verməsi müharibənin uzanmasına gətirib çıxarıb. 

Digər tərəfdən İranın Rusiyadan 64 ədəd “4++” nəsil “Su 35” çoxməqsədli döyüş təyyarəsinin alışı barədə razılıq əldə etməsi ABŞ-ı narahat edir. İran bu təyyarələri alır ki, İraqda Suriyada və körfəzdə ABŞ və müttəfiqlərinə xüsusi ilə İsrailə qarşı hava üstünlüyü əldə etsin. 
Məhz bu səbəbdən ABŞ hazırki vəziyyətdə, bölgədə vəziyyəti gərginləşdirmək istəyir. Burada əsas məqsəd İranla sərhəddə gərginliyi artırmaq, İranla Taliban hökuməti arasında müharibə təşkil edib İranı zəiflətmək, sonra isə xilaskar kimi ortaya çıxmaqdır. Deməli, hələ də, Əfqanıstanın xarici siyasəti ABŞ-ın əlindədir. Beləliklə “Bir dollar bir güllə” siyasəti davam edir.
 

Mirzə Altay, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin