İlon Mask yenidən dünyanın ən varlı şəxsi OLDU

Hazırda oxunan: İlon Mask yenidən dünyanın ən varlı şəxsi OLDU

139128

“Tesla” və “SpaceX”in qurucusu, “Twitter”in sahibi İlon Mask planetin ən varlı adamları reytinqində yenidən birinci olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib. 

Məlumata görə, sahibkarın sərvəti hazırda 192,3 milyard dollara çatıb. 

Planetin ən varlı adamları siyahısına başçılıq edən Mask əvvəllər bu yeri tutan LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti, öz növbəsində sərvəti 186 milyard dollar dəyərində qiymətləndirilən Bernard Arnaultu üstələyib.
Dünyanın ən varlı adamlarının ilk üçlüyünü isə “Amazon”un qurucusu Ceff Bezos tamamlayır. Onun sərvəti təxminən 144 milyard dollar dəyərində hesablanır.

Qeyd edilib ki, İlon Maskın aktivləri bu il ərzində 50 milyard dollardan çox artıb ki, bu da əsasən ona məxsus “Tesla” şirkətinin səhmlərinin dəyərindəki artım hesabına baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin