Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) UFO-ların mövcudluğu ilə bağlı ictimai toplantı keçirib və bu barədə tarixi açıqlama verəcəyini bildirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN İnternational məlumat yayıb.
Bu açıqlamadan sonra NASA naməlum uçan obyektin görüntülərini paylaşıb. Onun nə olduğu hələ də məlum deyil.
Məlumata görə, NASA-nın internet saytında canlı yayımlanan toplantıda UFO-ların (UAP) varlığı etiraf edilib.
Görüntülər Yaxın Şərqdə uçan MQ-9 Reaper PUA-sı tərəfindən lentə alınıb.
Beləliklə, NASA UFO-ların varlığını rəsmi olaraq qəbul edib.
Bizim.Media